Tərcümənin ümumi nəzəriyyəsi
1. Tərcümə universaliləri ilə məşğul olan və tərcümə haqqında əsaslı əhəmiyyətə malik olan və tərcümənin əsas problemlərini özündə birləşdirən tərcüməşünaslıq bölməsi. Bu planda (mənada) tərcümənin ümumi nəzəriyyəsi linqvistikadan sonra gəlir. Lakin linqvistik universalilər bütün dünya dillərində olduğunun mahiyyətidirsə, tərcümə universaliləri tərcümənin bütün növ və formalarına xasdır. 2. Tərcümə fəaliyyətinin və mətnin yaranması və tərcümənin nəzəri modelinin formalaşmasının mahiyyətini açır. 3. Hər hansı ikidillik kommunikasiyanın xüsusiyyətinin mahiyyəti haqqında elmi konsepsiya. 4. Bu və ya digər konkret dillərin qarşılıqlı münasibətləri ilə müəyyən olunan janrı spesifikasından, onun həyata keçirilməsi şəraitindən və xüsusiyyətlərindən asılı olmayaraq tərcümənin ümumi qanunauyğunluqlarını nəzərdən keçirir. 5. Tərcümənin təsviri ilə bağlı anlayış aparatı yaradır, onun akt xüsusiyyətlərini açır və bununla xüsusi tərcümə nəzəriyyəsinin qurulması üçün konseptual baza yaradır. Tərcümə nəzəriyyəsi digər dil və qeyri-dil sahələri ilə əlaqələrə malikdir. 6. Müqayisəli dilçilik, psixolinqvistika, sosiolinqvistika və linqvistik coğrafiya ilə sıx əlaqələrə malik olması əsasında linqvistik problemlər fənlərarası istiqamətdir. Bu nəzəriyyə dildaxili çərçivələrdə formal-struktur təhlildə qapanıb qalmayan dil və qeyri-dil fənləri ilə sıx kontakt şəraitində inkişaf edən dillərin qarşılıqlı əlaqəsini və təsirini öyrənən tətbiqi dilçiliyin mühüm sahəsidir. 7. Kontakta daxil olan dillərin, tərcümənin realizasiya, mətnin janr xarakterindən və s. asılı olmadan tərcümə prosesini öyrənir. Onun vəzifəsi tərcümənin hər bir konkret aktında təkrar olunan daha çox amilləri birləşdirən tərcümə modelinin qurulmasıdır. Tərcümənin ümumi nəzəriyyəsi tərcümə universalilərini tədqiq edir. 8. Müxtəlif strukturlu dillərin köməyi, iştirakı və tədqiqatçının elmi refleksiyası çoxsaylı tərcümə faktları əsasında konkret qoşa dilə aid olmada tərcümə prosesinin daha ümumi xüsusiyyətlərini, prinsiplərini və qanunauyğunlarını təhlilə cəlb edir. 9. İkidilli kommunikasiyanın mahiyyəti və xüsusiyyətləri haqqında elmi konsepsiya.